“Accessbank”da BÖHRAN - filialları bağlanır, işçilər işdən azad edilir

10-12-2015, 20:47           
“Accessbank”da BÖHRAN - filialları bağlanır, işçilər işdən azad edilir
“Accessbank” 3 filialı bağlanır, bank 100-dən çox işçi ilə “sağollaşıb”, yeni işçilər işdən azad edilir, köhnə işçilər isə işləməyə davam edəcək. Bununla bağlı məlumatı Bizimxeber.az-a”Accessbank”dakı mənbə verib.
Mənbənin verdiyi məlumata görə “Accessbank”ın Xalqlar Dostluğu, Sumqayıtdakı və Gəncə şəhərindəki filiallardan da biri bağlanır. Filiallarda işləyən işçilərin böyük əksəriyyəti isə işsiz qalıb.
“Yeni işçilər işdən çıxarılır, köhnə işçilər isə işləməyə davam edəcək. İşdən çıxarılan işçilərin bəziləri 1 ildən çox bankda işləyiblər. Bankın yeni siyasətinə görə, bağlanan filiallarda iş stajı daha çox olanlar digər filiallara gətirilir. Onların gətirildiyi filiallardakı yeni sayılan işçilər isə işdən azad edilir”, deyə bankdakı mənbə bildirib.
Qeyd edək ki, 3 filialını bağlamasını, işçiləri işdən azad etməsini “Accessbank” rəhbərliyi optimallaşdırma adı altında aparır. Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru