Tovuzun deputatı Nərminin dəfninə niyə getmədi? - “Köməkçimə tapşırmışam ki, gedib ailəyə baş çəksin”

8-01-2020, 20:45           
 Tovuzun deputatı Nərminin dəfninə niyə getmədi? - “Köməkçimə tapşırmışam ki, gedib ailəyə baş çəksin”
Nərmin Quliyevanın qətli barədə məlumatım var. Sadəcə, xəstəyəm deyə ailəyə baş çəkə bilmədim.

Bu sözləri Axar.az-a açıqlamasında 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil edən Milli Məclisin V çağırış deputatı Rafiq Məmmədhəsənov deyib. O, ağır qrip olduğu üçün bununla bağlı köməkçisinə tapşırıq verdiyini bildirib:

“Köməkçimə tapşırmışam ki, gedib ailəyə baş çəksin”.

R.Məmmədhəsənov N.Quliyevanın qətlini vəhşilik adlandırıb:

“Çox böyük vəhşilikdir. 10 yaşında qız uşağının nə günahı olar bilərdi ki, onu belə vəhşiliklə öldürüblər?! Bu cinayəti törədənlər ermənidən də pisdir”.

Qeyd edək ki, Dondar Quşçu kəndi 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinə aiddir. Qənirə Paşayeva 105 saylı dairəni təmsil etməsinə baxmayaraq, dəfndə iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru