Gömrük Komitəsinin qarşısında aksiya - Sahibkarlar tələb qoydu(Video )

4-02-2020, 21:36           
Gömrük Komitəsinin qarşısında aksiya - Sahibkarlar tələb qoydu(Video )
Gömrük Komitəsinin qarşısında aksiya - Sahibkarlar tələb qoydu(Video )Nəqliyyat sektorunda çalışan sahibkarlar Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirib.

Bolgexeber.com Yenisabah-a istinadən xəbər verir ki, aksiyanın məqsədi xarici dövlət nömrə nişanlı marşrutların Azərbaycanın nəqliyyat sektoruna cəlb etdilməsidir.

“Xarici dövlət nömrə nişanlı marşrutların Azərbaycanda fəaliyyəti qanunsuzdur. Amma buna baxmayaraq, fəaliyyət göstərirlər. Nəticədə yerli marşrutlar işsiz qalır”, - deyə sahibkarlar bildirib.

Aksiyada sürücülər də qatılıb. “Biz öz ölkəmizdə işləyə bilmərik. Müştəri olmur. Çünki Gürcüstan, İran, Türkiyə nömrələri ilə avtobuslar doluşub bura. Biz isə öz ölkəmizdə çörək qazana bilmirik”, -deyə sürücülər bildirib.

Aksiya iştirakçıları bildirib ki, nəqliyyat sektoruna cavabdeh qurumlar məsuliyyəti üzərlərindən atrılar: “Deyirlər ki, bizlik deyil, Dövlət Gömrük Komitəsinə müraciət edin. Biz də ona görə bura toplaşmışıq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru