Tanınmış tərcüməçi Prezidentə və Mehriban xanıma müraciət etdi

16-02-2020, 19:55           
Tanınmış tərcüməçi Prezidentə və Mehriban xanıma müraciət etdi
Tanınmış tərcüməçi Nadir Qocabəyli Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya müraciət edib.

Mərkəzi Klinik Xəstəxanadayıq. Bacım son dərəcə əzab çəkir. Ağrıdan qışqırır, ağlayır, Allaha yalvarır. Ona kömək edə bilmirik. Həkim burda yoxdur. İstirahət günüdür bu gün. Novbətçi həkim gəldi baxdı, müəyyən prosedurlar etdilər, amma heç bir xeyri yoxdur. Bacım nəfəs ala bilmir, 2 gecedir yatmır...

O gün yazdığım statusdan sonra dualarınızı əsirgəmədiniz, dostlar, çox sağ olun. Yaxın dostlardan maddi yardım edən də oldu. Allah köməkləri olsun! Biz də həmin pulla və bacımın arzusu ilə onu yenidən Mərkəzi Klinik Xəstəxanaya yatırdıq. Bundan əvvəl də burada müalicə almışdı, kimyəvi terapiyaları burada qəbul etmişdi...
Amma mən burada ona heç bir yardım edilə bilmədiyini müşahidə edirəm. Ya bacarmırlar, ya da istəmirlər...
O əzablar içində qovrulur, ancaq burada onun nəinki sağalmasını, rahat olmasını belə təmin edə bilmirlər. Özü də fantastik qiymətlərə...
Mən buradan cənab Prezidentə və Mehriban xanima müraciət etmək istəyirəm. Çünki başqa yolum yoxdur, bacımın gözümün qarşısında fəryad etməsinə dözə bilmirəm.
Hörmətli cənab Prezident və Mehriban xanım! Sizdən acizanə xahiş edirəm, bacımın müalicəsini nəzarətə götürəsiniz. Sağalmasa belə, heç olmasa dəhşətli əzablar içində ölməsin.
Mətbuatdakı dostlardan müraciətimi ictmailəşdirmələrini rica edirəm.
nuh.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.