MSK sədrinin baxıb, susduğu kadrlar... - VİDEO

21-02-2020, 09:35           
MSK sədrinin baxıb, susduğu kadrlar... - VİDEO
Azərbaycanda fevral ayının 9-da keçirilən parlament seçkisində əksər dairələrdə qanun pozuntularına yol verilib.

Qlobal.az xəbər verir ki, total saxtakarlıqla müşaiyət olunan dairələrdən bir də 57 saylı Kürdəmir seçki dairəsidir.

Sosial şəbəkələrdə bu dairədəki saxtakarlıqları əks etdirən onlarla video yayılıb.

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 57 saylı Kürdəmir seçki dairəsindən ünvanlanan şikayətlərə baxılıb.

Mərkəzi Seçki Komissiyasının iclasında 57 saylı Kürdəmir seçki dairəsinin 5 məntəqəsinin (7, 18, 20, 27 və 33) nəticələri etibarsız hesab edilərək ləğv edilib.

Ancaq maraqlıdır ki, MSK-nın ləğv etdiyi 57 saylı dairənin məntəqələrinin sırasında 10 saylı məntəqəyə rast gəlinmir.

Halbuki seçki günü saat 12.30-da bu məntəqədə saxtakarlıq ifşa edilərək video qeydə alınmışdı.

Teref.az qlobal.az-a istinadən sözügedən videonu təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.