Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum oldu - SİYAHI

23-02-2020, 21:36           
Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum oldu -
V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum olub...

Teref.az-ın xəbərinə görə, siyahını araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəklərdə yayıb.

Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlıya aid şirkətlər:

1. "HUMAY BROYLER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.

2. "BARAT KƏNDLİ (FERMER) TƏSƏRRÜFATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, «Muğanbank» ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur.

3. "DƏYANƏT GƏLƏCƏYƏ BAXIŞ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.

4. "AQROFLORA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi keçmiş deputatın oğlu Samir Kazımovdur.

5. "FARUZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru