"Koronavirus paltar alanda da keçə bilər, çünki geyimlərin çoxu Çindən gəlir...” - Bəs necə qorunaq?
25-02-2020, 09:28
Çində iki mindən çox insanın həyatına son qoyan koronavirus qonşu ölkələrimizdə də yayılmaqdadır. Artıq İranda 20-dən çox insanın koronavirusdan öldüyü bildirilir. Azərbaycanda isə insanlar narahatdır ki, yaxınlaşmaqda olan koronavirus təhlükəsindən necə qorunmalıyıq.
Moderator.az-a açıqlamasında Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov koronavirusdan qorunmağın yollarını dedi.
“Koronavirusa görə narahat olmağa dəyməz. Apteklərdə “Pereks vadoroda” (H2O2) alıb şpritslə hər gün buruna vurmaq lazımdır. Bundan sonra burunda atomar oksigen əmələ gəlir və bütün virusları məhv edir. Hər axşam isə bir diş sarımsaq yemək lazımdır. Bununla da məsələ bitdi. Maskalarla qorunmaq isə mexaniki qoruyucudur. Koronavirus paltar alanda da keçə bilər, çünki geyimlərin çoxu Çindən gəlir”.
R.Mahmudov koronavirus qarşısında aciz qalan Çin hökumətini savadsızlıqda ittiham edib:
“Onların bu virus qarşısında niyə aciz qalmasını məndən yox, həmin ölkələrin özündən soruşun. Çin kimi ölkədə bilmirlər ki, atomar oksigendə heç bir virus yaşaya bilmir, hamısını məhv edir”.