“Fəhlə bazarı”ndakı qadınlardan nazirliyə şərt: - 600-1000 manat maaşı olan iş verin

27-02-2020, 16:36           
“Fəhlə bazarı”ndakı qadınlardan nazirliyə şərt: - 600-1000 manat maaşı olan iş verin
“Fəhlə bazarı”ndakı qadınlardan nazirliyə şərt:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Maştağa qəsəbəsindəki "Qadınların fəhlə bazarı" ilə bağlı daha bir məlumat açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, qadınlara ödənişli ictimai işlər proqramı əsasında, istərsə müxtəlif müəssisələrdə vakant iş yerlərində göndəriş əsasında işləmək təklif olunub:

“Onlara bildirildi ki, çalışacaqları iş yerlərində əmək haqları, digər ailə gəlirləri ailə ehtiyaclarına yetərli olmayacağı təqdirdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət də edə bilərlər.

Müxtəlif KİV-lərə müsahibələrində daimi iş tapmaqda çətinlik çəkdikləri üçün məcbur qalıb günəmuzd işlərə getdiklərini, bu işlərlə çox az qazanc əldə etdiklərini, hətta bəzi günlər heç bir gəlirləri olmadığını bildirsələr də, xanımlar bizə yalnız aylıq 600-1000 manat maaş müqabilində işləyə biləcəkləri şərtini ifadə ediblər”.

F.Talıbov qeyd edib ki, hazırda onların münasib işlərlə təmin edilmələri, bir qisminin yaşadıqları ərazi üzrə özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru