İşğalda olan rayonun suvarma sistemlərinə 380 min manat xərclənəcək

29-02-2020, 10:35           
İşğalda olan rayonun suvarma sistemlərinə 380 min manat xərclənəcək
Laçın rayonunun Suvarma sistemlərinə 380.384 min manat xərclənəcək.

Qlobal.az xəbər verir ki, bu məqsədlə Laçın Suvarma Sistemləri İdarəsi 3 lot üzrə dövlət satınalması həyata keçirib.

Suvarma Sistemləri İdarəsinin "Cari təmir üçün mal-materialların, mexanizmlərin və nasoslar üçün ehtiyyat hissələrinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderin məbləği 297.512, "Avtomaşın ehtiyyat hissələrinin satın alınması" lotu üzrə 14.720, "Əsaslı təmir üçün mal-materialların və ehtiyyat hissələrinin satın alınması" üzrə 48.152 manat təşkil edib.

Hər üç satınalmanın qalibi "Ruzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

"Ruzi" MMC 2002-ci ildə dövlət reyestrində qeydə alınıb.

10 manatlıq nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Piriyev Teymur Bünyad oğludur.
Teref.az yazır ki, mətbuatda gedən və təkzib olunmayan məlumatlara görə, 29.01.2020-ci ildən bu günə qədər, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli idarələrin elan etdiyi 29 tenderin “Rüzi” MMC yə verilməsi şübhələrin ortaya çıxmasına əsas yaradır. Bunu xüsusilə qeyd etmək lazımdır ki, adıçəkilən MMC tenderləri bir və yaxud da iki rayonda deyil,respublikanın ayrı-ayrı bölgələrində həyata keçirir. Maraqlıdır,10 manat nizamnamə kapitalı olan bu MMC qalibi olduğu dövlət sifarişlərini arandən bölgəsindən qərbə, oradan da şərqə necə həyata keçirir? Meliorasiya və Su təsərrüfatı ASC-nin bir ayda hesabına 5 mln manat köçürdüyü “Ruzi” MMC-nin qalibi olduğu son tenderlərə bir daha nəzər salaq.

Qazax Suvarma Sistemləri İdarəsinin 20.02.2020 ci ildə nasos stansiyalarına və nəqliyyat vasitələrinə cari təmir üçün mal- materialların və ehtiyyat hissələrinin satın alınması üzrə qalib elan etdiyi tenderdə “Rüzi “MMC 286549.98 manatlıq dövlət sifarişini həyata keçirməli olacaq

Ağstafa Suvarma Sistemləri İdarəsinin istehsal obyektlərinin əsaslı və cari təmiri üçün tikinti materiallarının satınalınması üzrə 06.02 2020 ci ildə 226490.99 AZN, 20.02 2020 ci il tarixdə isə cari və əsaslı təmir işləri üçün mal materialların satınalınması üzrə qalib elan etdiyi tenderin dövlət sifarişi 226491 AZN olub və ümumilikdə 452 981.99 manatlıq müqavilə bağlanıb.

Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin subartezian quyularında cari təmir işləri üçün ehtiyat hissələrinin, mexaniki və elektrik avadanlıqlarının satın alınması üzrə 10.02.2020 il tarixdə qalib elan etdiyi 281067 manatlıq dövlət sifarişi üçün müqavilə bağlanıb.

Təkcə 13.02.2020-ci i tarixdə Biləsuvar Suvarma Sistemləri İdarəsinin qalib elan etdiyi avtonəqliyyat vasitələrinin cari təmirinə ehtiyat hissələrinin satın alınması üzrə 60483.26 AZN,əsaslı təmir üçün ehtiyat hissələrinin satın alınması üzrə 43218.68 AZN,tikinti obyektlərinin cari təmirinə mal-materialların satın alınması üzrə 72686.58 AZN,mexanizasiya və istehsal obyektlərinin cari təmirinə ehtiyyat hissələrinin satın alınması üzrə 83975.34 AZN,mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması üzrə 218631.11 manatlıq dövlət vəsaiti ayrılıb və MMC ilə ümumilikdə 478 994.97 manatlıq müqavilə bağlanıb.

MMC 17.02.2020ci il tarıxdə Tovuz rayon Suvarma Sistemləri İdarəsinin qalib elan etdiyi tikinti materiallarının satın alınması üzrə 150439.97 AZN, 21.02.2020 ci ildə isə Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsinin nəqliyyat vasitələri, mexaniki və elektrik avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması üzrə 165305 AZN, tikinti materiallarının satın alınması üzrə isə 275419.67 manatlıq tenderlərin qalibi olub və ümumilikdə 591 164 64 manatlıq sifariş əldəı edib.

18.02.2020-ci il tarixdə Hacıqabul Suvarma Sistemləri İdarəsinin qalib elan etdiyi təmir işləri üçün materiallarının satınalınması üzrə tenderdə isə 138469.93 manatlıq müqavilə bağlanıb.

Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin qalib elan etdiyi təmir işləri üçün tikinti materiallarının satın alınması üzrə 240979.08 AZN, maşın-mexanizm, nəqliyyat vasitələri, hidrotexniki qurğular üçün ehtiyat hissələrinin və digər mal-matrialların satın alınması üzrə 242549.97 manat dövlət sifarişi əldə edən MMC ilə ümumilikdə 483529.05 manat dəyərində müqavilə bağlanıb.

Baş–Şirvan Kollektorunun İstismarı İdarəsinin qalib elan etdiyi təmir işləri üçün tikinti materiallarının satın alınması üzrə tenderində 242081.32 AZN, maşın-mexanizm, nəqliyyat vasitələri və mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması üzrə isə 232650.58 AZN dəyərində dövlət sifarişinə MMC ilə ümumilikdə 474 731.9 manatlıq müqavilə basğlanıb.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.