Xaçmazda Nərəcan kənd sakinləri ayağa qalxdı AKSİYA(VİDEO)
3-03-2020, 00:07
Xaçmaz rayon Nərəcan kənd sakinləri etiraz aksiyası keçirib.
İxa.az xəbər verir ki, Nərəcan camaatı, kənd məktəbi və şəhidlər kompleksi ərazisinin, yerli məmurlar tərəfindən satılmasına etiraz edib.
Yerli sakinlər, ərazinin satılmasını keçmiş icra başçısının işdən çıxarılmasından sonra xəbər tutduqlarını deyib. İddia olunub ki," bələdiyyə və icra hakimiyyəti şəxsi maraqları üçün ərazini satıb. Haramları olsun..."