Ucarda bir qrup sakin aksiya keçirdi - Səbəb

3-03-2020, 00:03           
Ucarda bir qrup sakin aksiya keçirdi - Səbəb
Ucarda bir qrup sakin örüş yerlərinin qanunsuz zəbt olunmasına etiraz əlaməti olaraq, aksiya keçirib.Teref.az xəbər verir ki, rayonun Lək kənd sakinləri kənd bələdiyyəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar zəbt olunmuş örüş yerlərinin boşalmasını və həmin şəxslərə qarşı qanunu tədbir görülməsini tələb ediblər.
Hadisə yerinə gələ Rayon İcra Hakimiyyətinin hüquqşünası Xəyyam Səmədzadə və Rayon Polis Şöbəsinin İTB-nin rəisi Səbuhi İsmayılov sakinlərlə görüşüb və onların şikayətini dinləyiblər. X. Səmədzadə örüş sahələrini zəbt edənlərə torpaqların 10 gün müddətinə boşaldılması barədə bildirişlərin paylanacağını bildirib.
O, qeyd edib ki, bundan sonra zəbt olunmuş sahələr boşaldılmasa, bu barədə aidiyyəti orqanlara məlumat veriləcək. Bildirilib ki, problem yaxın vaxtlarda müsbət həllini tapacaq. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru