İmişli rayon mərkəzi böyük gölə çevrildi, İH şöbə müdiri faktı dandı - FOTOLAR

3-03-2020, 20:16           
İmişli rayon mərkəzi böyük gölə çevrildi, İH şöbə müdiri faktı dandı - FOTOLAR
Martın 2-də aramsız yağan yağışlar İmişli rayonunun küçələrini süni gölə çevirib.

Gundeminfo.az küçədən digərinə keçmək üçün sözün həqiqi mənasında qayıq lazımdır.

Yerli sakinlərlə söhbətdə həmin küçənin Heydər Əliyev Mərkəzinin yanı olduğunu deyilib. Bundan əlavə, sakinlər yağışdan sonra Rayon İcra Hakimiyyətinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarının hadisə yerində olduğunu vurğulayıblar:

"Yağışdan sonra su maşınları həmin küçələrdə olub. Bütün günü nasoslarla su çəkilib”.

İmişli Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Təranə Cabbarova fotofaktın İmişli şəhərinə aidiyyatı olmadığını bildirib:

"Yalnış məlumatdır. Ola bilər ki, haranısa çəkib atıblar. Bizdə belə yağış yağmayıb”, - deyən şöbə müdiri dərhal əlaqəni kəsib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru