Azərbaycan sarımsaq idxalını 3,3 dəfə artırıb, istehsalını isə 32% azaldıb

5-03-2020, 10:55           
Azərbaycan sarımsaq idxalını 3,3 dəfə artırıb, istehsalını isə 32% azaldıb
Azərbaycan 2019-cu il ərzində 1 683,4 ton sarımsaq ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 871,8 ton və ya 2,1 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən il ölkəyə 310 ton sarımsaq idxal olunub ki, bu da 2018-ci illə müqayisədə 3,3 dəfə çoxdur.

Hesabat ilində 2018-ci illə müqayisədə sarımsağın ixracı dəyər ifadəsində 54,3%, idxalı isə 4 dəfə artıb və müvafiq olaraq 1 446 min manat və 300 min manat təşkil edib.

İstehsala gəldikdə isə, ötən il ölkədə 1,7 ton sarımsaq istehsal olunub. Bu, 2018-ci illə müqayisədə 32% azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru