"Araz" supermarketlər şəbəkəsi tənqidlərə cavab verdi: Qurbanlıq sifarişləri gecikən müştərilərimizdən üzr istəyirik.

2-08-2020, 13:37           
"Araz" supermarketlər şəbəkəsi tənqidlərə cavab verdi: Qurbanlıq sifarişləri gecikən müştərilərimizdən  üzr istəyirik.
Hər şeydən öncə dəyərli müştərilərimizin Müqəddəs Qurban Bayramını təbrik edirik!
Bildiyiniz kimi pandemiya vəziyyəti ilə əlaqədar olaraq bu il Qurbanlığın sifarişi online oldu. "Araz" supermarketlər şəbəkəsi müştərisinə yerli və sağlam quzuların diri çəkisini 5.89 AZN. ə təklif etdi. Müştərilərimiz bizə etimad göstərdiyindən qurbanlıq sifarişlərini "Araz" a etibar etdilər.
Sözün açığı, sifarişlər gözləniləndən daha artıq oldu. Sifarişlərin çox olması, kəsim məntəqımizin şəhərdən kənarda yerləşməsi çatdırılmada müəyyən ləngimələrə səbəb oldu. Təəssüf hissi ilə qeyd edirik ki, bəzi müştərilərimizin sifarişlərini vaxtında təmin edə bilmədik. Əlbəttə, bu, bizim üçün yeni təcrübə idi. Qurbanlıq sifarişləri gecikən müştərilərimizdən üzr istəyirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.