Hacıqabul Elektrik Təchizatı şöbəsində tam bir qanunsuzluq hökm sürür - ŞİKAYƏT

30-01-2016, 11:04           

teref.aznun poçtuna gələn bu şikayət məktubu Hacıqabul Elektrik Təchizatı şöbəsinin özbaşınalığının daha bir sübutu kimi götürmək olar.
Bu haqda teref.az olaraq dəfələrlə yazmağımıza baxmayaraq bu idarə öz işindədir.
Şikayət məktubunu sizə təqdim edirik:
"Salam Xahiş edirəm bu şikayətimi öz saytınzda yerləşdirəsiniz.Şikayətim Azərenerjidəndir. Mənim və bir çox qonşuların nə aylıq nə də debitor borcumuz olmadığı halda Hacıqabul elektrik təchizatı şöbəsitərəfindən 2 gündür işığımız kəsilib. Səbə soruşanda deyirlər ki, bizim istifadə etsdiyimiz transformatorun üzərində olan 16 nəfərin bir neçəsinin elektrik borcu olduğu göstərilir. Ona görə də idarə fərdi şəkildə deyil, məhz belə ümumi şəkildə işıqları kəsib. Bu hal Kolanı kəndində mütamadi olaraq baş verir. Bu qanunsuzluq haqda Azərenerjinin E-mail adresinə yazsaqda heç bir tədbir görülmür. Qaynar xətt isə daim məşğuldur. Məsul şəxslərdən birinin mobil nömrəsini tapıb ona zəng etdik. O isə "yaxşı ediblər kəsiblər" dedi. Bu necə olur ki, mənim borcum olmaya olmaya mən işıqsız qalıram. Hansı qanunda bu var, əgər varsa qoy Azərenerji- nin məsul şəxsləri bunu bizə göstərsinlər. Prezidentin əhaliyə qayğı göstərdiyi bir zamanda, məmurlara qanunlara riayət etməli olduqlarını tapşıran zaman görəsən Azərenerji niyə bizimlə qanunsuz rəftar edir. Xahiş edirəm bunu saytılnızda işıqlandırın!
Əskrov İlham."
teref.az olaraq bizdə bu sualı Azərenerjinin məsul şəxslərinə ünvanlayırıq. Kiminsə borclu olduğuna görə hansı haqqla borclu olmayan abonentlərin işığı kəsilir?
Qarşı təərfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.