Peskov: "Rusiya 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək"

11-05-2025, 10:54           
Peskov: "Rusiya 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək"
Rusiya Ukraynada 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək.

"TASS" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “CNN“ telekanalına açıqlamasında bildirib.

“Bunu düşünməliyik. Bu, hadisələrin yeni inkişaf mərhələsidir. Bizim öz mövqeyimiz var,” – deyə Peskov qeyd edib.

O, əlavə edib ki, bir neçə gün əvvəl Prezident Vladimir Putin 3 günlük atəşkəs elan edib.

“Siz Kiyevdən hər hansı cavabın şahidi oldunuzmu? Xeyr. Biz də şahidi olmadıq. Kiyevin atəş təklifinə cavab verməməsinə görə ona ünvanlanan hər hansı tənqidlər oldumu? Yenə də yox,” – Kreml sözçüsü vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru