Erməni “qədim peşə sənətkarlığı”
Dünən, 09:26

“Bəzən ölkənin rifahı üçün ilk baxışdan səhv, qorxaq, hətta xəyanət kimi görünən addımlar atmaq lazımdır”.
Erməni analitik Qalust Qriqoryan Paşinyanın Moskvada keçirilən 9 may Qələbə paradında iştirakını belə qiymətləndirib. Dolayısıyla, Ermənistan dövlətinin bu addımla öz strateji müttəfiqi sayılan Avropaya xəyanət yolunu seçdiyini etiraf edib. Qriqoryan daha sonra bildirir: "Dünyanın belə açıq-aydın yenidən qurulması baş verən bu şəraitdə düzgün tərəfdə dayanmaq vacibdir. Deyəsən, bu dəfə uğur qazandıq. Rusiya-Çin tandemi dünyanı idarə etməyə davam edəcək, çünki Birləşmiş Ştatlar bu rolu məmnuniyyətlə öz çiyinlərindən atır. Bəli, Avropada və hətta ölkə daxilində bəzi insanlar Paşinyanın seçimini bəyənməyə bilər, lakin zaman bunun doğru olduğunu sübut edəcək".
Maraqlıdır ki, bu, təkcə Qalust Qriqoryanın da mövqeyi deyil. Mövqeləri ilə tanış olduğum əksər erməni analitiklər Paşinyanın bu “xəyanət”ini gizlətmir və nədənsə onu cani-könüldən müdafiə etməyə çalışırlar. Məsələn, Razmik Akopcanyan Ermənistan liderinin Qızıl Meydanda Qələbə paradını qəbul edən liderlər sırasında dayanmasını sərt tənqid edən rəsmi Kiyevə belə cavab verib: “Kimin hara və nə vaxt gedəcəyini, hansı xarici siyasət xətti yürüdəcəyini söyləmək Kiyevin işi deyil…
Ondan başlayaq ki, dünyada qüvvələr nisbəti artıq dəyişib. Çin və Rusiya eyni qayıqda üzür və bu, artıq Pekin və Moskvanın vahid geosiyasi yumruq yaratması kimi qiymətləndirilə bilən amildir. Eyni zamanda, ABŞ özü əvvəllər strateji hesab edilən bütün sahələrdə mövqelərini itirir. O, artıq tamamilə görünməmiş perspektivə yuvarlanıb”.
Qeyd edim ki, 44 günlük Qarabağ savaşından sonra İrəvanın təzə himayədar axtarması yeni hadisə deyil. Bu 5 ildə biz İrəvanı gah İranın, gah ABŞ-ın, gah Fransanın, gah Hindistanın, gah da Almaniyanın ağuşuna sığınmaq üçün dəridən-qabıqdan çıxdığını görmüşük. İndi isə onun yeni müştəriləri ortaya çıxıb – Rusiya-Çin tendemi. Baxmayaraq ki, bu çox rəngli dövlətlərin heç birinin bir-birinə azacıq da olsa bənzərliyi yoxdur, fəqət Ermənistan bütün ağuşları özünün ana südü qədər halal yuvası sayır və bunu utanmadan dilə gətirir. Görünür, gündə bir ağuşda tutulmağın çox da yaxşı bir şey olmadığını anlayan Paşinyan hakimiyyəti, nəhayət, bunun “ilk baxışda xəyanət” olduğunu, amma ölkənin rifahı naminə buna getmək məcburiyyətində qaldığını etiraf edib.
Qısası, hazırkı halıyla Ermənistan “gündə bir ərə getməsi ilə qürurlanan və bunu özünün gözəlliyi, kişiləri məftun etmə qabiliyyəti ilə əlaqələndirən qədim peşə sahiblərinə bənzəyir. Üstəlik, bu cür qədim peşə sahiblərindən fərqli olaraq, o, özünün ənənəvi dost-aşnasına xəyanət etdiyini də gizlətmir, gündə yeni ər dəyişməyi böyük siyasi məharət, “erməni müdrikliyi” hesab edir.
Heydər Oğuz
TEREF