Türkiyədə "Mərmərə kabusu" GERİ DÖNÜR - Alimlər həyəcan təbili çaldılar

11-05-2025, 10:31           
Türkiyədə "Mərmərə kabusu" GERİ DÖNÜR -
Türkiyənin üzgüçülük mövsümü "Mərmərə kabusu" kimi tanınan dəniz lilinin təhlükəsi altında ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Turprom" məlumat yayıb.

Liman şəhəri olan Erdekdə ortaya çıxan lilin fotosu yayıldıqdan sonra professor Mustafa Sarı onun Mərmərə dənizinin bütün səthini əhatə edə biləcəyindən qorxduğunu bildirib.

2025-ci ilin əvvəlində İstanbul sahillərində dəniz lil səthində peyda olub, lakin türk alimləri bu barədə hələ 2021-ci ilin yayında həyəcan təbili çalmışdılar. O

Bu ilin fevral ayında İstanbuldakı Aydın Universitetinin meteoroloqu və professoru Güvən Özdəmir Mərmərə dənizinin səthindəki lilin həddindən artıq çirklənməsi ilə bağlı olduğunu izah edib. Onun sözlərinə görə, 1950-ci illərdən bəri zavod tullantıları və kanalizasiya sularının ora atılması nəticəsində onun ekosistemi məhv edilib. Bu səbəbdən dəniz canlılarının yaşayış sahəsi azalıb və onların mövcudluğu təhlükə altına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru