ABŞ dəhşətli fəlakətlərlə üz-üzə - Güclü sunami, böyük zəlzələ...

11-05-2025, 11:16           
ABŞ dəhşətli fəlakətlərlə üz-üzə -
ABŞ-ın qərb sahilində maqnitudası doqquz baldan çox olan güclü zəlzələ və dağıdıcı sunami baş verə bilər.

Publika.az "Daily Mail" araşdırmalarına istinadla xəbər verir ki, təhlükə Kanadadan Kaliforniyaya uzanan 970 kilometrlik sualtı qırılmada fəaliyyətlə bağlıdır.

Alimlər okeanın dibinin yüksək dəqiqliklə xəritəsini çəkib və tektonik plitələrin kritik təzyiq yaratdığı dörd qırılma seqmentini müəyyən ediblər. Onlar sunami dalğalarının hündürlüyü 30 metrə çata biləcəyini, Oreqonun şimalında, Vaşinqtonda və Cənubi Britaniya Kolumbiyasında geniş dağıntılara səbəb ola biləcəyini təxmin edirlər.

"İqtisadi zərər böyük olacaq və qurbanların sayı minlərlə olacaq. Hətta ucqar ştatlar da suyun çirklənməsindən və kimyəvi tullantılardan əziyyət çəkəcək", - ekspertlər deyiblər.

Mayın 10-da ABŞ-ın Tennessi ştatında 4,1 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar Atlanta, Qərbi Şimali Karolina və digər ərazilər də daxil olmaqla geniş ərazidə hiss edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru