Trampın nümayəndəsi Putinə 22 təklifdən ibarət siyahı təqdim edəcək

11-05-2025, 11:24           
Trampın nümayəndəsi Putinə 22 təklifdən ibarət siyahı təqdim edəcək
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinə Ukraynada döyüş əməliyyatlarının dayandırılmasına kömək etməli olan 22 təklifdən ibarət siyahı təqdim etməyi planlaşdırır.

Bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, şərtlər siyahısı ABŞ, Avropa ölkələri və Ukraynadan olan danışıqçılar tərəfindən hazırlanıb.

Sənədə 30 günlük atəşkəs təklifi, həmçinin "Putinin ABŞ-nin Ukraynanın NATO-ya qoşulmasını dəstəkləməmək tələbinə cavab" daxildir.

S.Uitkoffun planı Rusiya Prezidentinə nə vaxt təqdim edəcəyi barədə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru