Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır

Bu gün, 00:12           
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Cenevrədə Çin və ABŞ arasında yüksək səviyyəli ticarət və iqtisadi danışıqlar başlayıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, Çin nümayəndə heyətinə hökumətdə maliyyə-iqtisadi bloka nəzarət edən Dövlət Şurasının baş nazirinin müavini He Lifenq başçılıq edir. Vaşinqtonu isə maliyyə naziri Skott Bessent təmsil edir.
Bundan əvvəl ABŞ-nin ticarət naziri Hovard Lutnik Çin malları və xidmətlərinin idxalına rüsumların qaldırılması ehtimalını istisna etmişdi. Ticarət Nazirliyinin sözçüsü He Yadonq bildirib ki, Çin fundamental məsələlərdə güzəştə getməyəcək və ya ABŞ prezidenti Donald Tramp administrasiyası ilə razılaşma əldə etmək üçün ədaləti qurban verməyəcək.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər aprelin 9-da qüvvəyə minib. Eyni zamanda, aprelin 9-da Amerika lideri bir sıra ölkələr və ərazilərə münasibətdə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib. Ağ Ev izah edib ki, fasilə ticarət danışıqları ilə bağlıdır və bu müddət ərzində 10% universal tarif qüvvədə olacaq. ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi rüsumlar 145%-ə çatır. Buna cavab olaraq Çin aprelin 12-dən etibarən Amerika mallarına tətbiq edilən tarifləri 125%-ə qaldırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.