Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

1-03-2021, 11:47           
Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə
Təhsil Nazirliyinin tender müəmması
Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi “Qarant-Com” MMC ilə 19 000 AZN-lik müqavilə imzalanıb. Reportyor.info xəbər verir ki, müqavilədə içməli suyun alınması və daşınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Qarant-Com” MMC 26 noyabr 2020-ci ildə qeydiyyata alınıb.


Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A–da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Könül Malik qızıdır.
Açıq mənbələrdə “Qarant-Com” MMC barədə əlavə məlumatlar olmasa da, araşdırmalar zamanı yeni yaradılan şirkətin qısa müddətdə 4 satınalma müqaviləsi imzaladığı məlum olur.
Özü də bu şirkətə daha çox Təshil Nazirliyi müraciət edir. O da aydın olur ki, Könül Məmmədovanın adına və eyni ünvanda bir neçə şirkət qeydiyyatdadır. Həmin şirkətlər də yeni yaradılıb. Lakin qısa müddətdə hansısa formada tender bazarına girə biliblər.
Bu şirkətlər aşağıdakılardır:

Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

“Kip Servis” MMC (Bu ilin fevralın 8-də Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi və məbləği 199 min 500 manat məbləğində olan tenderin qalibi olub).
Qarant-Com MMC (8№-li sanatoriya tipli internat məktəbinin keçirdiyi içməli suyun daşınması (36000 AZN) və çirkab suyun çıxarılması və daşınması işləri (28400 AZN), Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin keçirdiyi və məbləği 7 min 290 manat olan kotirovka sorğusunun qalibi də Qarant-Com MMC olub) .
“Resta-Ltd” MMC: (2020












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru