Çox generalın “şapka”sı boş qalacaq… - Darıxma, Rövşən Əkbərov, dostun Xəqani Cəbrayılov da yanına gəlir

16-03-2021, 16:24           
Çox generalın “şapka”sı boş qalacaq…
Rəsmi xəbərlərdən bəlli olduğu kimi, sabiq birlik komandiri, general-leytenant, Milli Qəhrəman Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu gün mediada yayılan xəbərdən bəlli olur ki, Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb.

Öncə onu qeyd edək ki, 1992-ci ildə ermənilər Şuşaya daxil olanda Rövşən Əkbərov komandir müavini, yəni Elburus Orucovun müavini idi.

Onda sual olur:Rövşən Əkbərov hansı qəhrəmanlığına görə, Milli Qəhrəman olub ?

Digər tərəfdən general-leytenant rütbəsinə çatan şəxsin hansı yüksək xidmətlərindən danışmaq olar ?

Bir neçə il əvvəl Rövşən Əkbərov onunla bağlı yazılan tənqidi yazılara belə cavab verirdi:
“Mən vuruşanda sizlər isti yorğan altında yatırdınız...Adam kişi olar...Mənim haqqımda yazırsınızsa kişi kimi yazın...”
Bəli, cənab general adam kişi olar. Amma sən azərbaycan övladını hərbi bıçaqla ürəyindən vurub öldürəndə bilmirdin ki, bir gün səndən cavab tələb edəcəklər..?
Sənin barəndə yazanları kişi olmamaqda ittiham edirdin.
Bəs, indi sözün nədir ?
Sənə Azərbaycan dövlətinin adından HÖKM oxunub.
Bunu biz media mənsubları etmirik. Və bunu sən özün qazanmısan.
19 il əvvəl öldürdüyün Elçin Əliyevin atasının ahı yerdə qalmadı.

Cənab Rövşən Əkbərov ! Sən tək deyilsən. Ordumuzda sənin kimi generallar hələ də var.

Onlardan biri də Xəqani Cəbrayılovdur.

Söhbət Prezident İlham Əliyevə məruzə edərkən Cəbrayıl Xəqaniyev deyən, adı ilə soyadını səhv salan generaldan gedir.


Gundelik-baku.com-un ötən yazısında Xəqani Cəbrayılovun heyvandarlıq fermalarından, örüş sahələrindən, zəbt etdiyi hektarlarla torpaqlardan, biznes obyektlərindən yazmışdıq.
Bilmək olmur ki, ordumuzun generalı hərbçidir, yoxsa fermer...
Bəli, 19 il əvvəl etdiyin cinayət işinin səsi indi çıxdı, indi səni həbs etdilər.
General-mayor Xəqani Cəbrayılovun da törətdiyi cinayətlərin, başına yüz oyun açdığı snayper qız Floranın və onun kimilərin səsi çıxmaq üzrədir.
Ordumuzda vuruşmağa, düşməndən qisas almağa gedən qızların namus ləçəyi bir gün Xəqani Cəbrayılovun da başına örtüləcək.
Darıxma, Rövşən Əkbərov ! Xəqani Cəbrayılovun yanına gəlməsinə sayılı günlər qalıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.