"Bəlkə Sahil Babayev səsimizə səs verər...." - GİLEY

17-03-2021, 09:24           
"Bəlkə Sahil Babayev səsimizə səs verər...." - GİLEY
Nizami rayonu, C. Naxçıvanski küçəsi, ev 14, mənzil 35 ünvanda yaşayan İskəndərova Nigar Ağamirzə qızı mətbuatdan və dövlət qurumlarından kömək istəyir.
Onun müraciətini olduğu kimi dərc edirik.

Yazıb sizə bildirmək istəyirəm ki, oğlum İskəndərli Nicat Əşrəf oğlu anadangəlmə travma ilə doğulub, ciddi psixoloji problemləri var.
Dəfələrlə müalicə almasına baxmayaraq heç bir nəticə yoxdur. Oğlum əvvəlcə Nərimanov rayonunda yerləşən Psixoloji Sağlamlıq Mərkəzində, sonra isə 2 Nömrəli Klinik Psixotrik xəstəxanasında bu yaxın vaxta qədər müalicə alsa da, heç bir müsbət nəticə olmayıb.
Nizami rayonunun Hərbi komissarlığı oğluma xəstəliklə bağlı 2- ci kateqoriya verib, yəni oğlum nə hərbi, nə də dinc dövr üçün yararlı deyil.
Oğlumun bu xəstəlikdən artıq görmə qabiliyyəti yəni sol gözü 20% , sağ gözü isə 40% zəifləyib. Oğlumun həm də nitqi qüsurludur. Bu xəstəliyin müalicəsi olmadığı üçün 2 Nömrəli Psixotriya xəstəxanasından 2- ci qrup əlillik verirməsi barədə qərar verilmişdi. Amma VTK (Tibbi Sosial Ekspert Komissiyası) bu məsələyə biganə yanaşır, yəni sözün əsl mənasında bizi incidir. Biz bütün qurumlara müraciət etmişik, yəni DOST mərkəzində də olduq orda da dedilər ki, əlillik mütləq verirməlidir. Amma ortada heç bir nəticə yoxdur, sadəcə yola verirlər.
Ailəmizdə işləyən isə təkcə həyat yoldaşımdır. Onun da aldığı əmək haqqı 4 nəfərə çatmır, çünki oğlumdan başqa evdə yaşlı ürək xəstəsi atam var. Həmçinin özüm də Böyrək Diabeti xəstəsiyəm. Mən dövlətdən maddi yardım istəmirəm, sadəcə oğlumun haqqına düşəni tələb edirəm. Çünki Allah eləməmiş valideynləri olmayanda heç olmasa ən azı öz dərmanlarını ala bilsin çünki bu dərmanlar olmasa onu idarə etmək çox çətindir. Sizdən bir ana kimi xahiş edirəm bizim ailəyə kömək edəsiniz, qoy müvafiq orqanlar bizimlə maraqlansın.
Mən övladımı evdə tək qoyub gedə bilmirəm ki, birdən özünə xəsarət yetirər.
Mətbuatdan xahiş edirəm ki, mənim müraciətimi ictimailəşdirin. Bəlkə bizə kömək edən tapıldı.
Bəlkə Sahil Babayev səsimizə səs verər.... //gundelik-baku.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.