Marşrut avtobusları 9 gün işləməyəcək? - AÇIQLAMA

17-03-2021, 11:12           
Marşrut avtobusları 9 gün işləməyəcək? - AÇIQLAMA

Novruz tətili ilə bağlı martın 20-dən 29-na qədər ölkədə qeyri-iş günü olduğu artıq hər kəsə məlumdur. Lakin insanları ən çox bir sual düşündürür:

9 günlük tətil müddətində ictimai nəqliyyat işləyəcək?

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:

"Bu məsələ ilə bağlı qərar vermək Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Bu səbəbdən də hər hansı bir açıqlama verə bilmərik. Qeyd etdiyim kimi, bununla bağlı hər hansı bir açıqlamanı Operativ Qərargah verə bilər, onlara aid məsələdir".

Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.