"Yaxşı, mən xəstə getmişəm, niyə onda məni aparırdız?" - Müharibə iştirakçısı

17-03-2021, 11:36           
"Yaxşı, mən xəstə getmişəm, niyə onda məni aparırdız?" - Müharibə iştirakçısı
"Yaxşı, mən xəstə getmişəm, niyə onda məni aparırdız?"
Natiq Orucov II Qarabağ müharibəsinin könüllü iştirakçısı olub. 2005-ci ildən keçdiyi ilk hərbi xidmət zamanı ağciyərin vərəmi xəstəliyinə yoluxduğunu və sonra tamamilə sağaldığını deyir. Sentyabrda başlayan döyüşlərə qatılan Natiq döyüşlərdən sonra tərxis olunanda onda xəstəliyin yenidən baş qaldırdığını öyrənib. Hərbi hospitala müraciət edib, amma onu mülki xəstəxanalara yönləndiriblər. 1 saylı Vərəm Əleyhinə Dispanserdə isə onu tam müalicə etmədən evə buraxıblar. Müharibə iştirakçısı hazırda YAŞAT fondunun da xidmətindən istifadə edə bilmir. Çünki fond onun Müdafiə Nazirliyinin yaralılar siyahısında olmadığını bildirir. Natiq Orucovsa iddia edir ki, hərbi xidmət zamanı xəstəliyi yenidən baş qaldırsa da, hazırda onu həmin siyahıya əlavə etmirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru