General Mais Bərxudarovun qardaşlarından TƏKZİB: - “Hərbçi olmasaq da, 44 günlük müharibə zamanı...”

18-03-2021, 18:46           
General Mais Bərxudarovun qardaşlarından TƏKZİB: -
İkinci Ordu Korpusunun komandiri general-mayor Mais Bərxudarovun qardaşları onlara yönələn ittiham xarakterli məlumatları təkzib ediblər.

Yenicag.az general-leytenant Rövşən Əkbərovun həbsindən sonra korpus komandiri general-mayor Mais Bərxudarovun qardaşlarının mənimsəmə ittihamı ilə istintaqa cəlb edilməsi haqda xəbəri dəqiqləşdirib.

Generalın qardaşları hərbçilərə göndərilən yardımların mənimsənilməsi ittihamı ilə barələrində cinayət işinin açılmasına dair məlumatın həqiqətə uyğun olmadığını bildiriblər.

Mais Bərxudarovun qardaşları qeyd ediblər ki, hərbçi olmasalar da, 44 günlük müharibə zamanı könüllü şəkildə cəbhə bölgəsinə yollanaraq, orduya dəstək veriblər.

Onlar ünvanlarına deyilən ittihamları rədd edərək, Ordu üçün nəzərdə tutulan yardımları “mənimsəmək”lə yox, əsgərlərə göndərilən yardımların birbaşa yerinə çatdırılmasında fəal iştirak etdiklərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru