"Bir sıra məktəblər "obyekt" kimi istifadə edilir” - ETİRAZ

29-04-2021, 15:28           
 "Bir sıra məktəblər "obyekt" kimi istifadə edilir” - ETİRAZ
"Təhsil nazirliyinin 5 ildir saqqıza çevirdiyi attestasiya məsələsini icra etmək vacibdir”

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib. O həmçinin bildirib ki, məktəblərdə müəllim keyfiyyətini artırmaq lazımdır:

"Az savadlı, iş qabiliyyəti zəif olan müəllimlər ilə vidalaşmaq və onların normal təqaüdə çıxmasına imkan yaratmaq, vakansiyaların gizlədilməsinə mane olmaq, bütün vakansiyaları elan etmək lazımdır.

440 min şagirdin, 30 min müəllimin olduğu Bakı şəhərində həyati əhəmiyyətli fənlər üzrə hər il 7-10 vakansiya elan etmək oyunundan əl çəkməliyik. Həmçinin məktəblərə nəzarət mexanizmini gücləndirmək vacibdir. Bir sıra məktəblər "obyekt" kimi istifadə edilir”.

E.Bədirov bildirib ki, direktorların işə qəbul prosesini, imtahanlarını daha böyük miqyasda təşkil etmək, təhsilin menecerliyini anlayan və tətbiq edə biləcək qeyri-pedaqoji ixtisaslı insanlardan da istifadə etmək önəmlidir:

"Məktəblərin təhsil göstəricilərini qəbul imtahanı nəticələri il ölçmək olmaz. Bu nəticələr məktəblərin verdiyi dərslərin nəticəsi deyil, özümüzü aldatmayaq. Təhsildə "sosial-psixoloji xidmət” adlı ixtisası bitirən savadlı məzunları imtahan yolu ilə müəyyən edərək, onların məktəblərə təyinatını vermək lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.