“Rüşvətə qarşı ən effektiv mübarizə rüşvət mexanizmin özünün ləğvindən keçir” - AKTUAL

3-05-2021, 08:58           
“Rüşvətə qarşı ən effektiv mübarizə rüşvət mexanizmin özünün ləğvindən keçir” - AKTUAL
“Rüşvətə qarşı ən effektiv mübarizə rüşvət mexanizmin özünün ləğvindən keçir”.

Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Cümşüd Nuriyev qeyd edib ki, rüşvət istənilən ölkədə inkişafın qarşısını alan ən başlıca problemdir:

“Məsələ ondadır ki, sadəcə adamları həbs etməklə rüşvət problemini həll etmək mükün deyil. Problemin həlli üçün rüşvət mezanixmi ləğv edilməli, ortadan qaldırılmalıdır. Bəzən kimisə milyon manatlıq rüşvətə, yeyintiyə görə həbs edirlər. Lakin həbs ediləndən sonra məlum olur ki, sən demə, bu yeyintinin miqyası bir deyil, bir neçə milyondur. Ümumiyyətlə, rüşvət və korrupsiya hər bir dövlətin inkişafı qarşısındakı ən böyük problemdir.

Elə ki, kimsə dövlət vəzifəsinə keçir, 3 ay sonra gözü ayağının altını görmür. Onların belə tez və sürətlə dəyişməsinə səbəb isə dövlət vəzifəsini varlanmaq vasitəsi kimi baxmasıdır. Bu baxışın, bu yanaşmanın dəyişməsinə ehtiyac var. Vacib olan məhz budur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru