Vətəndaşların nəzərinə: Banklar məlumatları yayırlar

4-05-2021, 00:09           
Vətəndaşların nəzərinə:
“Ölkədə valyuta alışına tətbiq edilən qeyri-rəsmi limit (tutaq ki, lap bu, hansısa dövlət qurumunun tapşırığı deyil, bankların öz təşəbbüsüdür) həmçinin bank sirrini də pozur. Çünki banklar vətəndaşların digər banklarda apardıqları valyuta əməliyyatlarından da xəbərdardır”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

“Halbuki, müştərinin razılığı olmadan bu məlumat başqasına ötürülə bilməz. Xatırladıram ki, məsələn, bankdan kredit almaq istəyən vətəndaş onun digər borcları barədə məlumat almaq üçün banka yazılı razılıq verir. Valyuta əməliyyatları zamanı isə heç bu da yoxdur. Dərəbəylikdir!” – Ə.Həsənov qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.