Cəlilabadda görünməmiş olay – Başçı müavini, şöbə müdiri və məktəb direktoru bir gənci necə məhv edir?

5-05-2021, 10:35           
Cəlilabadda görünməmiş olay –
Cəlilabad rayon sakini Habil Ələsgərov yerli təhsil şöbəsinin müdiri Qərənfil Əhmədovanın əlindən qaçaq düşüb. Bu barədə REPORTYOR.info-ya Habil Ələsgərovun özü bildirib.
Şikayətçi deyib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) akademiyasında təhsil almaq niyyəti olmayıb. Lakin Qərənfil Əhmədova buna mane olur. “Mənə lazım olan sənədləri vermir. Şikayət edəndə də hədələyir. Dəfələrlə onun və həyat yoldaşının təhdidləri ilə üzləşmişəm. Hətta bir dəfə döyülmüşəm. Həyat yoldaşı dəfələrlə məhkum olunmuş şəxsdir. Məni təhdid edir ki, Qərənfil Əhmədova barədə şikayət etsən, sonun pis olacaq”, – deyə Habil Ələsgəro bildirib.

O əlavə edib ki, Qərənfil Əhmədovaya Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Həsənova və Göytəpə 2 saylı tam orta məktəbin direktoru Musa Məmmədovdur. “Əslində bu işlərin başında Musa Məmmədov dayanır. O, mənim qohumumdur. Amma bizim ailə ilə şəxsi ədavəti var. Hətta atamı tutdurub. Mənə də deyir ki, axırın yaxşı olmayacaq. Qərənfil Əhmədova onun təhriki ilə bu işləri edir. Şöbə müdirindən şikayət etdikdə isə Elnarə Həsənova ona dəstək olur”, – deyə vətəndaş bildirib.
Şikayətçinin sözlərinə görə, üzləşdiyi problemlə əlaqədar yerli hüquq-mühafizə orqanlarında müraciət etsə də, heç bir tədbir görülməyib: “Nəticədə mən Cəlilabaddan qaçqın düşmüşəm. Məni təhsil almağa qoymurlar. Zabit olmaq, hərbi formanı geyinib dövlətimə xidmət etmək, vətənimin keşiyində dayanmaq istəyirəm. Amma Qərənfil Əhmədova buna imkan vermir”.
Habil Ələsgərov sonda Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib: “Cənab Prezident, cənab nazir, xahişim budur ki, bu məsələni şəxsi nəzarətinizə götürəsəniz. Mənim gəncliyimi məhv edirlər, təhsil almaq hüququmu kobudcasına məhdudlaşdırırlar. Etdiyim şikayətlərə baxmayaraq Qərənfil Əhmədova, Musa Məmmədov və Elnarə Həsənovanın əməlləri barədə heç bir tədbir görülmür. Döyülmüşəm, ölümlə hədələnirəm, həyatım təhlükədədir. Ümidim sizədir”.
Şikayətçi həmçinin Daxili İşlər naziri Vilayət Eyvazovdan yardım istəyib. “Cənab nazir, yerli polis mənim şikayətlərimi ”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.