Daha bir qazi protez problemi ilə bağlı HARAY ÇƏKDİ -

5-05-2021, 16:14           
Daha bir qazi protez problemi ilə bağlı HARAY ÇƏKDİ -
Əlillərin Bərpa Mərkəzinə müraciət etmişəm və 3-4 ay öncə müraciətimi qeydə alıblar, hələ də xəbər yoxdur. Deyirlər ki, protezlər sifariş olunub gələcək, lakin ortada heç nə yoxdur.

Bu sözləri Modern.az-a Vətən müharibəsinin qazisi, gizir Bəşir Məmişov deyib.

“Protezlər üçün qeydlər aparıldı, mart ayında çağırılmalı idik, əlaqə saxladıq, aprel ayında gətiriləcəyini qeyd etdilər. Aprel ayında da dedilər ki, ayın sonu gətiriləcək. İndi də maliyyə ayrılmadığını bildirirlər. Heç kim maraqlanmır, hər kəs bir söz deyib üstündən atır. Dostum Ceyhun Camalov da Qubadlı ərazisində minaya düşərək ayağını itirib, onun da köməyə ehtiyacı var. Qazi olsaq da, bizimlə maraqlanan yoxdur”.

Bəşir Məmişov YAŞAT Fondundan xahiş edib ki, məsələni araşdırsın:

“Xahiş edirik ki, qazilərin hər biri protezlə təmin olunsun”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.