Bahar Muradovadan növbəti şübhəli satınalma müqaviləsi – Vergi borcu olan şirkət necə qalib olub?

6-05-2021, 00:14           
Bahar Muradovadan növbəti şübhəli satınalma müqaviləsi –
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi “Muğan SB” MMC ilə müqavilə imzalayıb. REPORTYOR.info xəbər verir ki, maliyyə dəyəri 5450 AZN olan müqavilədə “2021-ci il üçün tədbirlərin satın alınması” nəzərdə tutulur. Amma hansı tədbirlərdən söhbət getdiyi barədə hər hansı bir qeyd yoxdur.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Muğan SB” MMC 8 may 2014-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 30 AZN-dir. Hüquqi ünvanı Saatlı rayonu Saatlı şəhəri, Babək küçəsi ev 41-də yerləşən MMC-nin qanuni təmsilçisi isə Əkbərova Sədaqət Əzizağa qızıdır.

“Muğan SB” MMC-nin qeydiyyatda olduğu ünvanda daha bir şirkət yerləşir: “Muğan LTD” MMC. Şirkət 18 aprel 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 AZN olan MMC-nin qanuni təmsilçisi Əkbərov Bəybala Əfras oğludur.
“Azəraqrartikiti” ASC-nin Saatlı filialının rəisi olan Bəybala Əkbərov Sədaqət Əkbərovanın həyat yoldaşıdır. Onların eyni ünvanda qeydiyyatda olmaları da bu faktı təsdiqləyir. “Muğan SB” MMC-nin adındakı “S” və “B” hərfləri də təsadüfi seçilməyib. Bu hərflər onların adlarını simvolizə edir.

İddialara görə, əslində hər iki şirkət “Azəraqrartikinti” ASC-nin rəhbəri, deputat Ağalar Vəliyevin biznes imperiyasına daxildir. Bir müddət əvvəl deputatın biznesi barədə tirajlanan araşdırma metarialında qeyd olunurdu ki, “Azəraqrartikinti” ASC-nin bütün filial rəhbərlərinin hamısının özəl şirkətləri var. Dövlət layihələri bu şirkətlər vasitəsilə həyata keçirilir. Eyni zamanda qeyd edilirdi ki, şirkətlərin hamısı əslində Ağalar Vəliyevə məxsusdur.
Yeri gəlmişkən, “Muğan SB” MMC-nin 29.04 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir.reportyer.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.