“Space”in keçmiş əməkdaşı yeni rəhbəri tənqid etdi: “Televiziyadan anlayışı yoxdur“

6-05-2021, 09:39           
“Space”in keçmiş əməkdaşı yeni rəhbəri tənqid etdi:
Xəbər verdiyimiz kimi, Ülviyyə Mikayılova "Space" teleradio şirkətinə rəhbər təyin olunub. Lakin onun təyinatı birmənalı qarşılanmayıb. Belə ki, bir sıra televiziya layihələrinə təşkilatçılıq və rəhbərlik edən tanınmış jurnalist və media adamı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev sosial şəbəkədə status yazaraq “Space”in yeni rəhbər təyinatını sərt tənqid edib.

“Yenisabah.az” xəbər verir ki, o, yazdığı statusda televiziyadan anlayışı olmayan şəxslərin TV rəhbəri təyin olunmağının bu sahədə heç bir uğura səbəb olmayacağını və televiziyanın strateji yer olduğunu qeyd edərək bunun təhlükəli olduğunu bildirib. “Eşitdim ki, "Space" TV-yə yeni rəhbər təyin edilib. Mən başa düşə bilmirəm ki, televiziya sahəsini mükəmməl bilən gənclər kənarda qalıb, bu sahədən heç bir anlayışı olmayan, bu sahədə fəaliyyət göstərməyən insanları necə TV rəhbəri təyin edib, sonra nəsə nailiyyət gözləmək olar. Axı TV rəhbəri strateji vəzifədir, burda praktika anlayışı təhlükə saçır...Açıqlamasında isə rəhbər gəldiyi viran televiziya haqda “İslahatların olacağı ilə bağlı nəsə deyə bilmərəm” deyən adam, artıq hər şeyi deyib...”-deyə Əli Vəliyev qeyd edib.

Qeyd edək ki, Əli Vəliyev “Space” TV də redaktor-prodüser, 2009-cu ildən “ATV” kanalında fəaliyyyət göstərib. O “ATV” kanalında “Gün keçir”, “Səni axtarıram”, “Eurovision”, “Bakı-2015” Avropa Oyunları layihəsinin baş prodüseri və redaktoru, Xəbərlər xidmətinin icraçı prodüseri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.