Jurnalist Bakıdakı kafedən yazdı: “Bizim pulumuzu Anastasiyaya göndərir ki, o da həmin pulları Ermənistan ordusuna köçürsün”

10-05-2021, 22:30           
Jurnalist Bakıdakı kafedən yazdı:
Qarabağ müharibəsi vaxtı Ermənistan tərəfinə maddi və mənəvi dəstək verən Anastasiya Tatulovanın “#Anderson” kafesi hazırda Bakıda faktiki olaraq elə “Anderson” kimi də fəaliyyət göstərir!

Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Vüqar Baba özünün feysbuk hesabında qeyd edib.

“Xatırlayırsınızsa, bu xanım oktyabrda status yazaraq Ermənistan tərəfinə pul köçürdüyünü və onları dəstəklədiyini bildirən status yazmışdı. Azərbaycanda kafesi olduğu üzə çıxandan və kafe boykota çağrılandan sonra isə həmin statusu silib “üzrü qəbahətindən böyük” bir status da yazmışdı.

Və sonra Azərbaycandakı sahibkar “Anderson” kafedən imtina etdiyini bildirərək kafenin adını “#KhanCandy” qoyduqlarını elan etmişdi.

Ötən gün bu kafedə oldum və gördüm ki – kafenin sadəcə adı simvolik dəyişib, özü isə faktiki “Anderson” olaraq qalıb. İnteryerin məxsusi dizaynı, işçilərin korporativ geyim üslubu, menyunun stili, hazırlanan məhsulların adı, növü, formatı olduğu kimi saxlanıb, hətta kağız süfrə örtüklərinə “Anderson” adı belə qalıb. Yəni, kafe “Anderson” qaydaları ilə, “Anderson” kimi işləməyə davam edir.

Buranı işlədənlər gözə kül üfürmək, insanları aldatmaq üçün sadəcə çöl hissədə adı simvolik dəyişib. “KhanCandy” (səslənişi – Xankəndi) adı altında françayzinq kafe kimi erməni dəstəkçisi xanıma azərbaycanlı müştərilərin pulunu göndərməklə məşğuldurlar. Bizim pulumuzu Anastasiyaya göndərir ki, o da həmin pulları Ermənistan ordusuna köçürsün”, deyə jurnalist qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.