"Sahil Babayev bu videoya baxsın ki,..." - Sahil Babayev vicdanın ağrımır? Nazirlik cavab verdi MÖVQE /YENİLƏNDİ

11-05-2021, 14:14           
"Sahil Babayev bu videoya baxsın ki,..."  -
Ucar rayonu Yuxarı Şilyan kənd sakini Məlikova Ayşən Qarakişi qızı ölkə rəhbərliyini şikayət məktubu yazıb! Bir surəti Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu oxuculara təqdim edirik:
Ucar rayonu Yuxarı Şilyan kənd sakini Məlikova Ayşən Qarakişi qızı tərəfindən
ŞİKAYƏT
Mənim 3 yaşlı uşağım Məlikzadə Tahir Fədail oğlu anadan gəlmə iflicdir.O nə yeriyə, nə otura nədə ki, danışa bilmir. Üç il ərzində onu stasionar və ambulator müalicələr etdirmişik ancaq xəstəliyi sağalan deyil.Sanki bir əşyadır ki, ancaq əllə idarə olunur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağalmaz ağır xəstə uşağıma əlillik təyin edilməsindən qanunsuz imtina edir.Əsas kimi müalicəyə davam qeyd edilir. Ancaq bu 3 il ərzində uşağımı çoxlusayda stasionar və ambulator müalicə etdirsəkdə heç bir təsiri olmayıb. Mənim xəstə uşağımı gəlib gözü ilə görən olsa dəhşətə gələr.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bu videoya baxsın ki, mənim 3 yaşlı uşağım sanki bir əşyadır.Onun yaşda olan uşaqlar yeriyir, danışır və oturur.Mən isə 3 ildir ki, xəstəxanalarda sürünürəm. Allahda bunu götürməz ancaq nazir Sahil Babayev belə bir qanunsuzluğa yol verir bizim ailəyə zülm edir.
Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirəm mənim anadan gəlmə sağalmaz ağır xəstə uşağıma əlillik təyin olunmasına köməklik etsinlər.
Teref.az olaraq qeyd etmək istəyirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi operativ reaksiya verərək, şikayəti cavablandırıblar. Bizimlə əlaqə saxlayan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov şikaytə cavab olaraq yazır:
"Ucar sakini Məlikova Ayşən Qarakişi qızının sosial şəbəkələrdə övladına sağlamlıq imkanları məhdudluq təyin edilməməsi ilə bağlı müraciəti tamamilə əsassız və həqiqətə uyğun deyil. Belə ki, vətəndaşın 01.08.2018 təvəllüdlü övladı Məlikzadə Tahir Fədail 27.07.2020-27.07.2023 tarixlərində sağlamlıq imkanları məhdudluq təyin edilib. Öz növbəsində uşağa sağlamlıq imkanları məhdudluğa görə həmin tarixdən etibarən sosial ödənişlər də edilir."
Teref.az olaraq qeyd etmək istəyirik ki, Agentliyin cavabından məlum olduğu kimi vətəndaşa sosial müavinat təyin edilib və sadəcə vətəndaşın məlumatsızlığından (maraqlanmadığından) ona catacaq pensiyanı almayıb. Cavabdan göründüyü kimi Məlikzadə Tahir Fədail oğluna pensiya təyin edilib, köçürdülür və dayandırma olmayıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanova operativ reaksiya verdiklərinə görə Teref az olaraq təşəkkür edirik!
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.