İnam Kərimova SUAL VAR... - Aqrar sahədə xaos nə qədər davam edəcək?

2-08-2021, 17:49           
İnam Kərimova SUAL VAR... -
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında xaotik durum hökm sürməkdədir.

Sadə dillə desək, kim nə istəyirsə əkir, əhalinin təlabatının ödənilməsi ilə bağlı hər hansı tənzimlənmə aparılmır.

Bunun nəticəsi olaraq bazarda yüksək qiymətlərlə üzləşirik. Və bəzən də fermerin əkdiyi məhsul onun maya dəyərini ödəməmiş olur, ifrat “bolluq” yaranır.

Kənd Təsərrüfatı Nazirliyindən tənzimləmənin niyə olmaması ilə bağlı suala cavab olaraq, ölkədə liberal iqisadiyyatın hökm sürməsi, azad sahibkarlığın olması əsas gətirilir. Amma nəzərə alınmır ki, bazar iqtisadiyyatı sistemlərinin çoxdan oturuşduğu ölkələrdə belə, tənzimləmə mövcuddur və bu, ciddi inkişafa yol açıb.

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, dünyanın əksər inkişaf etmiş ölkələrində kənd təssərüfatı məhsullarının istehsalında planlaşdırma aparılır:

“Plan dedikdə, burada Sovetlər dönəminin şablon planlaşması nəzərdə tutulmur. Məsələn, ABŞ-da kartof istehsalında formalaşmış təcrübəyə nəzər salmaq olar. Hökumət kartof istehsalında məhsul mövsümünə az qalmış, məhsuldarlığın nə qədər olacağının monitorinqini aparır - əgər məhsuldarlıq normadan çoxdursa, məhsulun artıq hissəsini fermerlərdən alır. Onu ya başqa ştata, ya da xaricə ixrac edirlər. Əgər məhsuldarlıq təlabatdan az olacaqsa, onun çatışmayan hissəsi kənardan alaraq, mövsüm başlayana qədər bazara çıxarırlar ki, kartof ucuzlaşmasın. Əsas təlabat məhsullarının hamısında bu cür tənzimlənmə aparılır”.

İqtisadçı deyir ki, bu cür tənzimlənmə fermerlərin öz sahələrini dəyişməməsinə və ixtisaslaşmasına gətirib çıxarır:

“Bu isə yüksək keyfiyyətli məhsulun istehsalına səbəb olur. Eləcə də inkişaf etmiş ölkələrdə siyasət belə qurulur ki, kənd təsərüfatının ümdə vəzifəsi yerli təlabatı ödəməkdir. Fermerin öz ixtisaslaşdığı sahədən ayrılmaması üçün ona dotasiyalar ayrılır”.

Akif Nəsirli deyir ki, Azərbaycanda tənzimləmənin olmaması aqrar sahənin inkişafını ləngidən əsas amillərdən biridr:

“Bir neçə il əvvəl sarımsağın qiyməti 12 manata qalxmışdı, o biri il fermerlər bunu görüb, kütləvi şəkildə sarımsaq əkməyə başladılar, sonrakı il isə sarımsaq 50 qəpiyə düşdü”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.