Nazirlik vergi borcu olan şəxsə 1,2 milyon manatlıq tender verdi

28-08-2021, 00:05           
Nazirlik vergi borcu olan şəxsə 1,2 milyon manatlıq tender verdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” Teleqüllə Kompleksinin və Fatmayı RTYS-nın ərazisində hasarlanma işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.Vahid dövlət satınalmaları portalında yerləşdirilən məlumata görə, tenderin qalibi fiziki şəxs Qasımov Niftulla Hafiz oğludur. Qalibə 1 milyon 260,5 min manat ödəniləcək.
Qeyd edək ki, Qasımov Niftulla Hafiz oğlunun dövlət büdcəsinə 426,79 manat vergi borcu var.//Report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru