Xaçmazın Kommunal İdarəsinin fəaliyyəti bəyənildi - Vicdan olanda iç gedir... FOTOLAR
29-08-2021, 09:43

Teref.az yazır ki, sosial şəbəkədə rayon icra hakimiyyətlərinin strukturlarının tənqidindn başqa bəzən tərifinədə rast gəlinir. İndiyə qədər Xaçmaz rayonu barədə yazdığımız tənqidlərə sosial şəbəkələrdə dərc edilən bir tərifdə ələvə etsək, bizcə başqa rayonların əhaliyə xidmət strukturlarına dərs olar.
Sosial şəbək istifadəçisi Yaşar Əliyev yazır:
"Gəlin Xaçmazın Kommunal İdarəsinin fəaliyyətinə bir də başqa tərəfdən baxaq. Bu şəkillər başqa-başqa yerlərdə 20 dəqiqə ərzində çəkilən şəkillərdi."
Daha sonra:
"bu rayonda zibillə dolu zibil yeşikləri illərlədir ki, olub. İndi insan gəlib, özündən əvvəlkilərə baxanda müsbətə doğru dəyişikliklər var. Bizə qalır camaat kimi əl-ələ verib bu rayonçün nəsə eləmək. Birinin pis işini deyəndə, yaxşı isini də demək lazımdı." və sonda müzakirələr zamanı deyir:
"Mən bu şəkilləri kiməsə görə, nəyəsə görə çəkməmişəm. Bazardan çıxırdım, gördüm ki avtobazanın yanında zibil maşını ilə zibili yığışdırırlar. Onu çəkdim, ordan çıxıb keçdim Nərimanov küçəsi ilə, düşdüm Kirov küçəsinə, ordan da telestidiya tərəfdəki küçələr, sonra da beşmərtəbə. Demək istədim ki, bu idarə bacardığı qədər işləyir. Sadəcə insanlarımız bir az daha məsuliyyətli olmalıdırlar..."
Zərur qeyd: Dəfələrlə Xaçmazda olarakən küçələrin təmizliyi diqqətmi çəkib.
Nurəddin











