İnternet üzərindən avtomobil almaq istəyən şəxslərin nəzərinə - VİDEO

30-08-2021, 09:27           
İnternet üzərindən avtomobil almaq istəyən şəxslərin nəzərinə - VİDEO
Avtomobil almaq istəyən Göygöl sakini aldadılıb.

Pravda.az-ın məlumatına görə, internetdə maşın elanı görən Göygöl sakini Sübhan Məmmədov onun ucuzluğuna aldanaraq tez almaq istəyib. O, guya Ağstafada yaşayan "satıcı" Şəhriyar ilə 2000 manat qiymətdə razılığa gəlib. Satıcı sonra isə onun inamından sui-istifadə edərək bank kartına 1200 manat göndərməsini istəyib.

Maşını almaq üçün Ağstafaya gedən Sübhan Məmmədov orada "satıcıya" zəng çatmadığını görərək aldadıldığını başa düşüb və tədbir görmək qərarına gəlib. O, 102 xidmətinə və yerli polis şöbəsinə müraciət edib.

Məlum olub ki, ona qarşı dələduzluq edərək 1200 manatını mənimsəyən şəxs Bakı şəhər sakini Racov Elxan Teyyub oğludur. Hazırda fakt araşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru