Sahil Babayev Səlim Müslümovun kadırına yeni vəzifə verdi - FOTO

31-08-2021, 10:40           
Sahil Babayev Səlim Müslümovun kadırına yeni vəzifə verdi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin sabiq müdiri Çingiz Əliyev yeni vəzifəyə təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Çingiz Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.


Qeyd edək ki, Çingiz Əliyev həbsdə olan sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaxın kadırı kimi tanınıb. Keçmiş nazirin dövründə Dövlət Sosial Təminat Xidmətinin rəisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru