İmişlinin baş həkimi Eynulla Qasımov HARADADIR?- BAŞ HƏKİM QEYBƏ ÇƏKİLİB ?

3-09-2021, 10:34           
İmişlinin baş həkimi Eynulla Qasımov HARADADIR?-
İmişlinin baş həkimi koronavirusa yoluxdu- Peyvənd olunmayıbmış

İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımovun koronavirusa yoluxduğu məlum olub.
Bakuform.com xəbər verir ki, günlərdir işə gəlib-getməyən, xəstəxanada həkimlər tərəfindən harada olduğu ilə bağlı müxtəlif müzakirələr aparılan baş həkimin yeri bəlli olub. Redaksiyaya daxil olan məlumata görə, baş həkim Eynulla Qasımov koronavirusa yoluxub və o, Bakıdakı özəl xəstəxanaların birində ciddi müalicə olunur.
Onun özəl xəstəxanada müalicə olunması rayon sakinləri arasında ciddi suallar yaradıb. “O, niyə öz rəhbərlik etdiyi xəstəxanaya etibar etməyib, özəl xəstəxanaya üz tutub. Elə isə biz necə öz canımızı Eynulla Qasımovun rəhbərlik etdiyi xəstəxanaya etibar edək?”.
Məlumata görə, baş həkim Eynulla Qasımov peyvənd olunmayıbmış. Hər gün minlərlə insana “peyvənd olunun” deyən baş həkim nədən özü peyvənd olunmayıb?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru