"1 manatlıq" taksi sürücüsü ilə polis arasında insident: Sənədini göstər... - VİDEO

3-09-2021, 11:31           
"1 manatlıq" taksi sürücüsü ilə polis arasında insident: Sənədini göstər... - VİDEO
Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisə və gərginlik yaranmasını əks etdirən görüntü yayılıb.

BAKU.WS xəbər verir ki, yayılan videodan göründüyü kimi yol polisi sürücüdən sənədlərini təqdim etməsini istəyir.

Lakin vətəndaş polisin tələbini yerinə yetirmir və vətəndaş yol polisindən sənədlərini göstərməsini istəyir. Nəticədə polislə vətəndaş arasında mübahisə yaranıb.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, təqdim edilən video Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb:

“Səhər saatlarında paytaxtın “20 yanvar” kimi tanınan ərazisində yol polisləri xidmət apararkən bu hadisə baş verib. Heç kimə sirr deyil ki, həmin ərazidə xidmət aparan polis əməkdaşları intizamsızlığa meyilli olan sürücülər aşkarlayır.

Təəssüflər olsun ki, bunu da kənardan sanki polis-sürücü münasibətlərini gərginləşdirən kimi düşünənlər var. Həmin anları da sosial şəbəkələrdə məhz bu formada yayırlar”.

Qurum rəsmisi deyir ki, dayanma-durma tələblərinin yerinə yetirilməsinə nəzarət gücləndirilir:

“Bildirim ki, “20 yanvar” və “Şamaxinka” kimi tanınan ərazi paytaxtımıza şimal tərəfindən giriş-çıxış qapısıdır. Bu ərazidə yaranan süni sıxlıq və tıxacdan narahatlıqlar yaranır.

Bunun da əsas səbəbi həmin ərazidə qeyri-qanuni taksi fəaliyyətilə məşğul olanların, yaxud bu ərazidə sürücülər tərəfindən dayanma-durma tələblərinin, eləcə də, yolların hərəkət hissəsində ikinci cərgədə saxlayaraq sərnişin gözləyən şəxslərin hesabına baş verir.

Ona görə də, bu ərazidə yol polisi əməkdaşlarının xidmətində nəzarət gücləndirilib. Həmin ərazilərdə əlavə naryadlar ayrılıb”.

Vaqif Əsədov deyir ki, videodan da göründüyü kimi səhər saatlarında həmin ərazidə xidmət aparan yol polisi sürücünü nizam-intizama dəvət edir:

“Onun qeyri-qanuni hərəkətlərini sənədləşdirmək istəyir. Lakin sürücü polisə tabe olmur. Təbii ki, həmin ərziyə post-partul xidmətindən əməkdaş dəvət edilir. Onun köməyilə sürücü bölməyə aparılıb.

Ümumiyyətlə dünən səhər saatlarında “Velotrek” kimi tanınan ərazidə 41 dayanma-durma tələbini pozan sürücüyə inzibati protokol tərtib edilib.

Eyni zamanda, qeyri-qanuni sərnişin daşımaya görə 3 kiçik tutumlu mikroavtobuslar aşkarlanıb. Müvafiq sənədləri olmadığına görə dayanacaqlara yerləşdirilib.

Həmçinin polisin qanuni tələbini yerinə yetirməyən 4 sürücü pos-patrul əməkdaşlarının köməyilə müvafiq bölmələrə aparılıb. Onların barəsində sənədləşdirilmə işi tərtib edilib.

Sonda sizin vasitənizlə vətəndaşlarımızı, ükan arxasında olan sürücülərimizi və hərəkət iştirakçılarımızı məhz bu ərazidə nizam-intizamlı olmağa dəvət edirik.

Bu gün videoları çəkib sosial şəbəkələrdə yerləşdirmək heç də polis və vətəndaş arasında gərginlik yaranıb kimi təqdim etmək düzgün deyil.

Əgər həmin ərazidə polis əməkdaşı xidmət aparırsa, onun qanuni tələbləri sözsüz yerinə yetirtilməlidir. Belə sujetləri çəkib sosial şəbəkələrdə yaymaqdansa, vətəndaşları nizam-intizamda fəallığını artırmaq daha xeyirli iş olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.