Özəl məktəblərdə ənənəvi tədris başladı: Nazirlikdən “dayandırın” əmri

5-09-2021, 11:01           
Özəl məktəblərdə ənənəvi tədris başladı:
Bakıdakı özəl məktəblər sentyabrın 1-dən etibarən ənənəvi tədrisə başlayıb.

Turkustan.az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı ölkədə orta məktəb və ali təhsil müəssisələrində dərslərin keçirilmə forması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Buna baxmayaraq, özəl məktəblərdə ayın əvvəlindən ənənəvi tədris başlayıb.

Ancaq sentyabrın 3-də təhsil nazirliyindən məktəblərə əyani dərslərin dayandırılması haqqında əmr gəlib.

Görünən odur ki, dərslərin başlamasına 10 gün vaxt qalmasına rəğmən, nazirlik də əyani tədrisin bərpası haqqında tərəddüd edir. /Yeni Sabah/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru