Azərbaycanda bankın qarşısına vurulan elan müzakirələrə səbəb oldu - FOTO

5-09-2021, 17:30           
Azərbaycanda bankın qarşısına vurulan elan müzakirələrə səbəb oldu - FOTO
Sosial şəbəkələrdə Ağcabədidə Azərbaycan Beynəlxalq Bankının (ABB) qarşısına vurulan elan müzakirələrə səbəb olub.

“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, - elanda qeyd olunub.

Teref.az xəbər verir ki, “Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb.

Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur:

“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru