Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?

8-09-2021, 07:21           
Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
Yerli sakinlər hüquq-mühafizə orqanlarının işindən narazıdır

Bir qrup Yardımlı sakini adından poçtumuza şikayət göndərilib. Şikayətdə deyilir ki, rayonda narkoticarət geniş yayılıb, hüquq-mühafizə orqanları isə buna qarşı effektif tədbir görmürlər. Sakinlərin iddiasına görə, yerli hüquq-mühafizə orqanları bir qayda olaraq narkotacirlərə toxunmur, narkotik istifadəçilərini həbs etməklə işlərini bitmiş sayır.
Qeyd olunur ki, 2 gün əvvəl rayonda eyni vaxtda bir neçə ünvanda əməliyyat həyata keçirilib, 2 narkotacir və 3 istifadəçi saxlanılıb. Daha 1 narkotacir isə əməliyyatdan xəbər tutaraq qaçıb. Saxlanılan narkotacirlərdən biri də sonradan azad edilib. Sakinlər sual edir ki, əvvəla, qaçan narkotacir əməliyyatdan necə xəbər tutub, ikincisi, saxlanılan o biri narkotacir nədən sərbəst buraxılıb.
Məktubda qeyd edilir ki, narkotacirlərin birindən sərbəst buraxılması üçün 70 min manat alındığı, digər narkotacirin isə 5 min manat rüşvət muqabilində istifadəçi (cəzasını yüngülləşdirmək üçün) kimi rəsmiləşdirildiyi haqda iddialar var.
Sakinlər rayonda narkoticarətə qarşı təsirli tədbilərin görülməsini, narkotacirlərin həbs olunmasını tələb edirlər.
azinfo.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru