Karantin cərimələri ləğv edildi

8-09-2021, 07:22           
Karantin cərimələri ləğv edildi
Gürcüstan Parlamenti karantin qaydalarının pozulmasına görə tətbiq edilmiş və ödənməmiş cərimələrin əfv edilməsini nəzərdə tutan qanun layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.

Teref.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında səsə qoyulan qanun layihəsinə 88 deputat lehinə səs verib, əleyhinə səs qeydə alınmayıb.
Gürcüstan Parlamentinin vitse-spikeri Giorgi Volski bildirib ki, müvafiq güzəşt yalnız 2021-ci ilin 23 iyununadək yazılan cərimələrin silinməsini nəzərdə tutur.

Əfv qərarının 245 min vətəndaşı və 344 hüquqi şəxsi əhatə edəcəyi, nəticədə 76 milyon lari (24 milyon ABŞ dolları) məbləğində cərimələrin silinəcəyi bildirilir.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru