Bakıda ev bazarı bir qərarla bahalaşdı: “Kəskin artım olacaq”

8-09-2021, 19:58           
Bakıda ev bazarı bir qərarla bahalaşdı:
Azərbaycanda son həftələrin ən çox müzakirə olunan mövzusu yeni tədris ilinin hansı formada təşkil olunacağıdır.

Nəhayət, Təhsil Nazirliyi yekun təkliflərini açıqlayaraq bu müzakirələrə son qoyub.

Ölkədə təhsilə əyani formada davam ediləcəyi açıqlanıb. Belə ki, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq. Bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin, ali təhsil müəssisələri, kolleclər və digər təhsil ocaqları açılacaq. Bu, universitet və kolleclərdə təhsil alan tələbələrin yenidən paytaxta gəlib, yerləşməsi məsələsini gündəmə gətirib. Belə olduqda, universitet və kolleclərin əksəriyyətinin yerləşdiyi Bakı şəhərində kirayə evlərin qiymətində artım olacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı kirayə evlərin qiymətinin təklif olmadıqda belə aşağı düşmədiyini diqqətə çatdıraraq qiymətlərin artacağını bildirib:

“Əyani tədris prosesinin başlaması kirayə bazarına müraciətləri kəskin artıracaq. Bazarda canlanma yaranacaq. Bu da qiymət artımına gətirib çıxaracaq. Amma indidən qiymətlərin hansı səviyyədə formalaşacağını, artımın neçə faiz təşkil edəcəyini demək bir qədər çətindir. Baxmayaraq ki, tədris ilinin başlanmasına çox az müddət qalıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.