Uşaqlıqdan ayrı düşən dostlar 18 il sonra görüşərək evləndilər - FOTO

4-12-2021, 08:57           
Uşaqlıqdan ayrı düşən dostlar 18 il sonra görüşərək evləndilər - FOTO
ABŞ-da 10 yaşında ayrı düşən uşaqlıq dostları 18 il sonra yenidən bir araya gələrək vikinq tərzində toy ediblər.

Medison Hayland və Çad yaxın uşaqlıq dostu olublar. Hayland və Çadın valideynləri də ailəvi dost idi və birlikdə çox vaxt keçirirdirdilər. Beş illik sıx ünsiyyətdən sonra amerikalı ailə köçmək qərarına gəlib, bununla da uşaqlar arasında əlaqə kəsilib. Ancaq valideynlər əlaqə davam edib.

“O yaşlarda biz valideynlərimizin himayəsində idik, cib telefonlarımız yox idi, ona görə də əlaqə saxlaya bilmirdik”, - deyə Hayland xatırlayır.

Uzun illər ayrılıqda uşaqlıq dostları ayrı-ayrı insanlarla ilə həyatı qurub, uşaqları olub.

Ancaq 2017-ci ildə Çad həyat yoldaşından boşanır və Haylanddan dəstək istəyib: ona sosial şəbəkələrdə yazaraq görüşməyi təklif edib. Görüş zamanı məlum olub ki, qadın da ərindən boşanıb və uşaqları ilə tək yaşayır.

“Həmin gün bir-birimizi görən kimi özümüzü heç bir-birimizdən ayrılmamış kimi hiss etdik. Bu, o qədər təbii, asan və əyləncəli idi ki…”, - deyə amerikalı danışıb.

Tezliklə köhnə tanışlar bir-birlərinə aşiq olduqlarını anlayaraq, birlikdə yaşamağa başlayıblar. Bir neçə il sonra isə Çad sevgilisinə evlilik təklifi edib.

Hayland Vikinq mədəniyyətini sevdiyindən, sevgililər toyu erkən orta əsr Skandinaviya dənizçilərinin üslubunda etməyi qərar veriblər.




шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.