Məşhur fəstfud şəbəkəsindən biabırçılıq: Sifarişindən toyuq başı çıxdı

24-12-2021, 12:25           
Məşhur fəstfud şəbəkəsindən biabırçılıq: Sifarişindən toyuq başı çıxdı
İngiltərədə fəstfud sifariş verən qadın gördüyü mənzərə qarşısında təəccüblənib.

Paralel.az “republicworld.com”a istinadla xəbər verir ki, Qabriella adlı qadının sifariş verdiyi qanadların içərisindən toyuq başı çıxıb.

Sosial şəbəkə hesabından toyuq başını paylaşan qadın yeməyi KFC Feldamdan sifariş verdiyini yazıb.

Tvitter istifadəçiləri gördüklərindən şok olduqlarını yazıblar.

KFC fəstfud şəbəkəsi isə şikayəti ciddi qəbul etdiklərini və tədbir görüləcəyini açıqlayıb. Şirkətin açıqlamasında həmçinin şikayətçi qadınla əlaqə saxlayaraq onun və ailəsinin vəziyyətlə yerində tanış olmaq üçün restorana dəvət edildiyi qeyd olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.